Bu gün lazer vasitəsilə arzuolunmaz tüklərdən can qurtarmaq barəsində bir çox reklamlar kifayət qədər çoxdur, lakin buna baxmayaraq qızların çoxu hələdə özlərində bunun nə olduğunu təsəvvür etmirlər.Bilməməyin əsasında bir çox düzgün olmayan təsəvvürlər yaranır. Biz, sizlərə lazer epilyasiyası barədə, onun zərərlərindən və faydalarından danışacayıq.

Lazer epilyasiyası, tüklərin follikulunu (kökünü) məhv etməyə qadir olan prosedurdur. Bununlada dəriyə zərərverici təsiri yoxdur. Tüklərin follikuluna təsir edərək, lazer, arzuolunmaz tüklərin tünd piqmentlərini-melanini məhv edərək, tüklərin yenidən bitməsinin qarşısını alır.

Tüklərdən tamamilə can qurtarmaq üçün (70-95% qədər) intervallarla 1,5-3 aya qədər olan prosedur kursları keçmək lazımdır. Lazer epilyasiyası azrzuolunmaz tüklərdən birdəfəlik və ya uzunmüddətli can qurtarmanın ən yaxşı üsuludur. Dünyada 20 ildən çoxdur ki, bu prosedur mövcuddur və kosmetologiyada  uğurla istifadə edilir. Lakin Azərbaycanda lazer epilyasiyası, onu imkanlarını təhrif edəcək dərəcədə bir çox yalnış təsəvvürlər yaranıb.

Birinci anlaşılmazlıq ondan ibarətdirki, lazer epilyasiyası sağlamlığa zərərlidir və lazer daxili orqanlara təsir edib onlara ziyan verir.

Epilyasiya zamanı lazer şüasının dərinliyinin nüfuzu 1-4 mm təşkil edir, o, tüklərin follikuluna çatır və bundan sonra dağılır və dahada dərinin dərinliyinə nüfuzlaşmır, onun təsirindən yalnız tükləri dağıdıb, məhv edir. Lazer şüası dərinin səthi üzərindən, ona zərər vermədən keçib gedir. Prosedurdan sonra yalnız yüngül ,qızartı yaranır günəş təsirindən yaranan qızartı kimi. Bu qızartı prosedurun düzgün aparıldığının göstəricisidir. Bu qızartılar bir-neçə saatdan sonra izsiz keçib gedir.

İkinci anlaşılmazlıq ondan ibarətdirki, lazer çapıq izi qoyur və ya tüklərin dərialtı bitməsinə səbəb olur.

Çapıqlar hərdən elektroepilyasiyadan iynələrin dəriyə sancılmasından sonra yarana bilərlər, lakin lazer epilyasiyası dərinin bütövlüyünü saxlayır və həmçinin çapıqlarda yaranmır.

Dərialtında tüklər yalnız mum depilyasiyasından istifadə edən qadınlarda yarana bilər, lazer vasitəsi isə əksinə, tüklərin dərialtında bitməsinə qarşı aparılır.

Üçüncü anlaşılmazlıq ondan ibarətdirki, lazer epilyasiyası bahalı prosedurdur.

Əgər bir stanokun dəyəri ilə müqayisədə belə bir nəticəyə gəlmək olar, lakin qadınlar ildə arzuolunmaz tüklərdən can qurtarmaq üçün nə qədər vasitələrə pul xərcliyirlər (kremlər, mum depilyasiyası və s.) Əgər bunları 10 ilə hesablasak? Və bundan sonra lazer epilyasiyasının kursunun qiymətini hesablayın və müqayisə edin.

Dördüncü anlaşılmazlıq ondan ibarətdirki, lazer epilyasiyası ağrılı prosedurdur.

Burda artıq insanın ağrıya qarşı hissiyatı müxtəlifdir, lazer epilyasiyasında insanda xoşagəlməz hissiyatlar yarada bilər, lakin dahada hissiyyatlı dəri səthlərində ağrıkəsici kremlərdən istifadə etmək olar, həm dərinin soyuducu üsulu ağrıları minimal dərəcəyə qədər azaldır, əlbətdə müqayisədə mexaniki və mum depilyasiyası daha ağrılıdır.

Beşinci anlaşılmazlıq ondan ibarətdirki, bütün, hətda açıq rəngli tüklərdə məhv olunur.

Lazer epilyasiyası “selektiv fototermoliz” prinsipi əsasında işləyir. Və beləliklədə lazer şüası hədəf orqanı olan tüklərdəki melanin və ya hemoqlabin yani tünd piqmentlərlə sovurulur, damarda piqment olmayan dəri zədələnmir. Beləliklə açıq rəngli, ağ və narın tükləri lazer “görmür” və aradan qaldırmır.

Altıncı anlaşılmazlıq ondan ibarətdirki, lazer epilyasiyası tüklərin birinci dəfədən və həmişəlik məhv olunmasına qadirdir.

Bir prosedura 100% tüklərin həmişəlik məhv edilməsi effektini almaq olmur. Çünki lazer işığı yalnız “yetkin” tük follikuları ilə udulur və onlar bədəndə eyni zamanda 5-20% qədərdirlər və yalnız prosedurdan sonra yenidən bitmirlər. Lakin yeni tüklər əmələ gəlirlər. Və bədəndə tüklərin yenilənmə dövrü 8 aydan-2 ilədək çəkdiyinə görə, lazer epilyasiyasının kursu elə bu dövrə hesablanır ki, maksimal miqdarda “yetkin” tükləri götürsün. Və nəzərdən qaçırmaq olmaz ki, tüklərin çoxmiqdarda bitməsi endokrin sisteminin pozulması, hormonal disbalans və sairə kimi amillər səbəb olur.

Yeddinci anlaşılmazlıq onadan ibarətdirki, qaralan dəridə lazer epilyasiyası prosedurunu aparmaq olmaz.

Məntiqnən desək əlbətdə qaralmış dəridə melanin yaranır və dərinin yanma ehtimalı yüksəlir, lakin indi avadanlıqlar proqram seçmə imkanlarını yaradır və qaralmış dəriyə zərərsiz effekt bəxş etməkdə kömək olur. Məsələn belə bir avadanlıq bizim “BEAUTY FİRST” salonunda yerləşir.

Səkkizinci anlaşılmazlıq ondan ibarətdirki, lazer epilyasiyası “hamıya” təsir etmir.

Bunun izahı var: lazer, tükün follikulundaki melaninə seçmə təsir edir! Melaninin mövcud deyilsə, effektdə yoxdur. Tük nə qədər nazik və açıq rəngdədirsə, o qədərdə onu məhv etmək çətindir. Lakin qara tüklərin aradan qaldırılması nəticəsində effekt olmursa, bu hormonal pozuntunun əlamətidir. Üz dərisində sərt qara tüklərin bitməsi, hormonal çatışmazlığından yaranır, onları müəyyənləşdirib müalicə etmək lazımdır və onda lazer epilyasiyasınında effekti olacaq.